4 Noyabr 2020 17:19
4 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Dağlıq Qarabağdakı münaqişəyə son qoymaq üçün əlindən gələni etdiyini və edəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Rusiya lideri bunu dini birliklərin nümayəndələri ilə görüşdə deyib.

“Bilirsiniz, Rusiya bizdən asılı olan hər şeyi edir ki, Cənubi Qafqazdakı qarşıdurma dərhal başa çatsın, amma təəssüflər olsun ki, hələ də insanlar bir-birinə atəş açırlar”, - Rusiya prezidenti bildirib.

Putin əmindir ki, Qarabağdakı münaqişə tərəflərin səyləri nəticəsində sülh yolu ilə başa çatacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər