15 Noyabr 2020 15:14
2 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusu Kəlbəcər rayonuna hərəkət etmək üçün tam hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov deyib.

Onun sözlərinə görə, ermənilərin Kəlbəcərdən çıxması üçün yol çox dardır. Proses ləngiyir. Vəziyyəti diqqətlə izləyirik. Yaranmış vəziyyəti ictimaiyyətə çatdırırıq. Erməni işğalçılar bizim ərazini tərk edərkən binaları, meşələri yandırır. Bununla da iç üzünü dünyaya göstərir. Biz bu proseslərə nəzarət və monitorinq edirik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər