15 Noyabr 2020 15:29
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi son dövrlərdə də ərazilərimizin işğaldan azad edilməsi çərçivəsində ətraf mühitlə yanaşı, maddi-mədəniyyət abidələrinə ziyan vururlar.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, Azərbaycanın işğal edilmiş Ağdam rayonu yaxınlığında onların “Tiqranakert” adlandırdıqları zonada qanunsuz arxeoloji qazıntılar aparıblar. Bu arxeoloji qazıntılar nəticəsində Azərbaycan xalqına aid mədəniyyət irsinin tərkib hissəsi olan əşyaların da qablaşdırılaraq Ermənistana aparılması ilə bağlı faktlar var:

“Bu, erməni mediasında da öz təsbitini tapıb. Bütün bunlar beynəlxalq konvensiyaların tələblərinin çox ciddi şəkildə pozulmasıdır. Azərbaycan hər zaman maddi-mədəniyyət irsinin qorunmasına həssaslıq göstərib. Təəssüflər olsun ki, Azərbaycanın işöal edilmiş ərazilərində maddi-mədəni irsi dağıdan, talan edən məhz Ermənistan olub”.


Müəllif: Teleqraf.com