16 Noyabr 2020 14:53
6 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hərbi personal göndərilməsi ilə bağlı fərman layihəsinin Türkiyə parlamentinə təqdim edilməsi respublika qanunvericiliyində nəzərdə tutulmuş daxili prosedurdur”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Həqiqət budur ki, Azərbaycan ərazisində bir monitorinq mərkəzi də olacaq, türk hərbçiləri ora göndərilməlidir - bu daxili prosedurların həyata keçirilməsi Türkiyə Respublikasının daxili qanunvericiliyində nəzərdə tutulmuş prosedurlardır. Bu, Türkiyənin daxili işidir”, - Peskov bildirib.

Azərbaycan ərazisində ortaq bir monitorinq mərkəzinin yaradılması ilə bağlı razılaşmalara gəldikdə, Peskov qeyd edib ki, bu, Rusiya ilə Türkiyə arasındakı ikitərəfli razılaşmanın nəticəsidir.

Bundan əvvəl “Anadolu” agentliyi Türkiyə Prezidenti Tayyib Ərdoğanın türk hərbi qüvvələrinin Azərbaycana göndərilməsi ilə bağlı fərman layihəsinin respublika parlamentinə göndərildiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər