22 Noyabr 2020 09:35
6 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danışıqların ilk mərhələsi başa çatıb. Rusiya tərəfi mövqeyimizi öyrəndi, indi Kremldən onlar lazımi təlimatları alacaqlar. Danışıqları hərbçilərimiz, Milli Müdafiə, Xarici İşlər Nazirliklərimiz və Milli Kəşfiyyat Agentliyi həyata keçirir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV kanalına müsahibəsində türk hərbçilərinin Dağlıq Qarabağdakı yeri və rolu barədə danışarkən bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfi qarşıdakı günlərdə əməliyyat üsulları üzərində, harada və necə olacağı, kimin nə iş görəcəyi ilə bağlı danışıqlara yekun vurulmasını gözləyir: "Türk əsgəri orada olacaq. Biz onsuz da varıq. Azərbaycanla olan çox xüsusi münasibətlərimizə görə hərbi təlim və əməkdaşlıq müqavilələrimizin tarixi keçmişə söykənir. Bu mənada biz oradayıq. Qanun layihəsi də Türkiyə Böyük Millət Məclisində qəbul edildi. Müşahidə mərkəzi çərçivəsində orada olmağa davam edəcəyik".

Qeyd edək ki, Türkiyə hərbçiləri Qarabağda yaradılacaq Türkiyə-Rusiya müşahidə mərkəzində 1 il müddətinə fəaliyyət göstərəcək. Bu müddəti artırmaq səlahiyyəti Türkiyə Böyük Millət Məclisinin səlahiyyətinə aiddir.


Müəllif: Leyla