“Rusiya Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərdi”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Dağlıq Qarabağdakı dost Azərbaycanımız və Ermənistanın minlərlə vətəndaşının ölümü ilə nəticələnən hərbi əməliyyatların dayandırılması üçün güclü səylər göstərdik. Eyni zamanda, ATƏT-in Minsk Qrupunda, xüsusən həmsədrlər - Rusiya, ABŞ və Fransa arasında əldə olunan əsas razılaşmaları izlədik.
Əldə edilən əsas şey qan tökülməsini dayandırmaq, Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin üçtərəfli bəyanatı əsasında barışığa nail olmaqdır”, - Putin qeyd edib.