Dağlıq Qarabağda atəşin dayandırılması rejiminə bütün təmas xətti üzrə riayət edilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, dekabrın 11-də Hadrut ərazisində atəşkəsin bir dəfə pozulması qeydə alınıb:
"Bütün təmas xətti üzrə atəşin dayandırılması rejiminə riayət edilir. Rusiya sülhməramlılarının hərəkətləri ilə vəziyyətin sonrakı kəskinləşməsinin qarşısı alınıb”.