Rusiyanın Dağlıq Qarabağa göndərdiyi humanitar yardımlar problemli nöqtələrə çatdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Dəmir yolu ilə gələn humanitar yardımlar tamamilə Dağlıq Qarabağ bölgələrinə paylanılır. Yük Rusiya Fövqəladə Hallar Nazirliyinin konsolidasiya edilən qrupunun mütəxəssisləri tərəfindən məntəqələrə çatdırılıb və artıq sosial əhəmiyyəti obyektlərin və yaşayış binalarının bərpasında istifadə olunur”,- Rusiya FHN bildirib.
Qeyd olunur ki, ümumilikdə humanitar missiya çərçivəsində 20 mobil elektrik stansiyası, 6 UAZ avtomobili, 8 yanğınsöndürən və bir avtokran Dağlıq Qarabağa göndərilib. Həmçinin 22 min kvadrat metrdən çox şüşə, min kubmetr taxta Qarabağa göndərilib.
Əlavə edilir ki, 1,8 min döşək,1,9 min yastıq, 3,2 min yataq dəsti, 940 mebel dəsti, 4 min çarpayı, 500 soba humanitar yardım çərçivəsində bölgəyə çatdırılıb.