Sülhməramlılar Dağlıq Qarabağda vəziyyətin gecə-gündüz izlənilməsi və atəşkəs rejiminə əməl olunmasına nəzarəti 27 müşahidə məntəqəsində həyata keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya sülhməramlıları noyabrın 23-dən Qarabağda 530 hektar ərazini, 201 kilometrdən çox yolu minalardan təmizləyib, 751 tikilini yoxlayıb və partlayış təhlükəsi olan 23 530 obyekt aşkar olunaraq zərərsizləşdirilib.