İşğaldan azad edilmiş Füzuli rayonunun ərazisində aparılan axtarış işləri nəticəsində daha 4 erməni hərbçisinin cəsədi tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qarabağdakı separatçı rejim məlumat yayıb.
Qeyd edək ki, azad edilmiş Azərbaycan ərazilərində axtarışlar başlayandan bəri ümumilikdə 1371 erməni hərbçisinin cəsədi aşkar olunub.
Bu gün axtarış işləri Hadrutda üç dəstə tərəfindən aparılacaq.