Şuşa şəhərində DOST Agentliyinin filialının açılması nəzərdə tutulub.
Teleqraf.com-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib.
Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərimizdə DOST mərkəzlərinin yaradılması planlaşdırılır: "Ərazilər minalardan təmizlənəndən sonra bu istiqamətdə işlərə başlanılacaq.
Bu məsələ hazırda ölkə başçısının da diqqətindədir. Ərazilər mina və partlayıcı maddələrdən təmizlənəndən sonra bütün qurumlar aidiyyəti üzrə lazımi tədbirlər görəcək.
Biz də nəzərdə tutmuşuq ki, ya Cəbrayıl, ya da Füzulidə böyük regional mərkəz yaradılsın. Bununla yanaşı, Şuşa şəhərində DOST Mərkəzinin filialının açılması nəzərdə tutulub".