11 May 2021 14:50
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu, bizim Laçına üçüncü səfərimizdir. Budəfəki səfərimiz Pasxa bayramı ilə bağlıdır. Bundan əvvəl Kəlbəcərin Vəng kəndindəki Xudavəng məbəd kompleksində olduq və orada ibadətimizi etdik”.

Bu sözləri Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Laçın rayonundakı qədim alban məbədi olan “Ağoğlan” monastırını ziyarət edən zaman deyib

“İndi isə Laçın rayonundakı "Ağoğlan" məbədində həm ibadətimizi etmək, həm də Pasxa bayramını keçirmək istəyirik. Bu, bizim qədim alban müstəqil kilsəsinin zəngin irsidir. Bu regionda belə məbədlər, kilsələr mövcuddur. Bunlar 30 ilə yaxın idi ki, işğal altında idi. Həmin məbədlər əsir idilər. Bu, birbaşa Alban müstəqil kilsəsinin irsidir. Bu irsin erməni kilsəsinə heç bir bağlantısı yoxdur. Biz şəhidlərimizin qanı bahasına bu gün gəlib buranı ziyarət edirik”, - icma sədri vurğulayıb./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər