Ağdam şəhərinin ərazisi mina və partlamamış sursatlardan tam təmizlənib.
Bu barədə Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev deyib.
O bildirib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir: "Şəhərin ərazisi minalardan təmizlənib və abadlıq-quruculuq işləri davam etdirilir. Ərazidə elektrik enerjisi, su xətləri çəkilir, yollar tikilir. Hazırda kəndlərin ərazisində təmizlənmə prosesi davam edir".
Qeyd edək ki, iyulun 30-na olan məlumata görə, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları zamanı 3500 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 20 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.