18 Fevral 2022 20:03
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərində turizmin inkişafı üçün böyük potensial var".

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyadan olan səyyah, “NomadMania” turizm qrupunun təsisçisi Harri Mitsidis Bakıdakı mətbuat konfransında bildirib.

Xatırladaq ki, 21 ölkədən olan bir qrup tanınmış səyyah Azərbaycanın işğaldan azad olunmuş ərazilərində üç gün ərzində Füzuli -Şuşa-Ağdam-Kəlbəcər-Laçın dəhlizi-Qubadlı-Zəngilan marşrutu ilə səyahət edərək həmin yerlərin tarixi, mədəniyyət abidələri, ermənilərin işğal dövründə törətdikləri dağıntılar, hazırda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər