27 Avqust 2022 10:03
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri Füzuli köhnə şəhər mərkəzinə baxış keçiriblər.

Teleqraf.com xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov şəhər mərkəzi, yenidənqurma və bərpa işləri barədə xarici diplomatları məlumatlandırıb.

Səfər müddətində diplomatik korpus nümayəndələri və hərbi nümayəndələr işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərlə tanış olacaq, konfransda iştirak edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər