Rusiya sülhməramlıları artıq Laçın dəhlizinə alternativ çəkilmiş yeni yolda yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Məlumatda yeni yolun tam asfaltlandığı və artıq fəaliyyətdə olduğu bildirilib.
“Rusiya sülhməramlıları artıq orada yerləşdirilib və yola nəzarət edirlər”, - məlumatda qeyd edilib.
Avqustun 26-da Laçın şəhəri, Sus və Zabux kəndləri Azərbaycana təhvil verilib. Bundan sonra Rusiya sülhməramlıları Laçın dəhlizindən çıxıblar və marşrut dəyişdirilib.