“Azərbaycan-Ermənistan sərhədində döyüşlərin getməsi ilə bağlı xəbərlər son dərəcə narahatedicidir”.
Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.
Onun sözlərinə görə, tam və dayanıqlı atəşkəs əsas şərtdir. Şarl Mişel qeyd edib ki, sülh və sabitliyin alternativi mövcud deyil: “Bunu təmin etmək üçün diplomatiyanın alternativi yoxdur.
Mən həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Ermənistan Baş naziri Nikol Paşinyanla əlaqə saxlayıram. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel danışıqlar üçün Bakı və İrəvana gedəcək”