4 Oktyabr 2022 14:21
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkar edilib.

Teleqraf.com xəbər verir ki, məzarlıqda 12 nəfərə aid qalıqlar aşkarlanıb. Üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

Bundan başqa aşkarlanan qalıqlardan aydın olub ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.


Müəllif: Teleqraf.com