19 Oktyabr 2022 11:52
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan Araik Arutyunyana deyib ki, bundan sonra İrəvana ümid etməməlidirlər”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İravunk” qəzeti yazır.

Nəşr Paşinyanın İrəvanda Qarabağ separatçıları ilə görüşünün bəzi təfərrüatlarını öyrənib.

Paşinyan Arutyunyana deyib ki, “xarici siyasət”i özləri həll etməli, bu məsələdə Ermənistana bel bağlamamalıdırlar.

Eyni zamanda, Ermənistan baş naziri separatçıların başçısına imkanları daxilində maddi yardım edəcəklərini bildirib.

“Bir sözlə, Nikol, nəhayət, Qarabağdan əl çəkmək qərarına gəlib”, - nəşr vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər