19 Oktyabr 2022 13:04
318
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Ermənistanın sentyabr ayında sərhəddə törətdiyi təxribatlar və işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində azərbaycanlılara məxsus kütləvi məzarlığın tapılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib".

Teleqraf.com xəbər verir ki, bunu Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov deyib.

O bildirib ki, nəticə barədə danışmaq hələ tezdir: "Amma müvafiq qurumlar məlumatlandırılıb".

Qeyd edək ki, işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində sentyabrın sonunda daha bir kütləvi məzarlıq tapılmışdı. Məzarlıqda ölümündən əvvəl əlləri və ayaqları məftillə bağlanmış 12 nəfərin, ehtimal ki, azərbaycanlı hərbçilərin qalıqları aşkarlanmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər