24 Oktyabr 2022 19:24
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri və Regional Münaqişələr üzrə ofis direktoru Mark Kemeron Ermənistan-Azərbaycan sərhədində olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı Səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Mark Kemeron Ermənistan Silahlı Qüvvələrinin ikinci korpusunun komandiri ilə görüşlər keçirib, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olub. Səfər zamanı o, Cənubi Qafqazda davamlı sülh məsələlərində ABŞ-ın dəstəyini xatıarladıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər