25 Oktyabr 2022 22:42
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bursa vilayətində şanlı Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə “Şuşa günləri” keçirilir.

Teleqraf.com xəbər verir ki, bu münasibətlə oktyabrın 25-də Bursada “Qarabağ Zəfəri” mövzusunda tədbir təşkil olunub. Tədbir Türkiyədə fəaliyyət göstərən “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı” və “Azərbaycan Deyincə” (GİM AZDER) dərnəklərinin təşəbbüsü və təşkilatçılığı, Bursa Osmanqazi Bələdiyyəsi və bir sıra digər qurumların dəstəyi ilə keçirilib.

Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra iki ölkə arasındakı qardaşlığı əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən dərnəklərin sədri Hüseyn Vəliyev, Bursanın Keles Bələdiyyəsinin sədri Mehmet Keskin və digərləri şanlı Qarabağ Zəfərimiz, bu Qələbəyə gedən yol və Türkiyə-Azərbaycan qardaşlığından bəhs ediblər.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Vətən müharibəsi nəticəsində otuz ilə yaxın işğal altında olan tarixi torpaqlarını azad edib. Diqqətə çatdırılıb ki, bu tarixi Qələbəyə gedən yolda qardaş Türkiyə böyük siyasi və mənəvi dəstəyi ilə daim Azərbaycanın yanında oldu. Şuşa Bəyannaməsi isə iki qardaş ölkə arasındakı tarixi əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu da iki qardaş ölkə arasındakı ayrılmaz bağların ən böyük nümunələrindən biridir.

Çıxışçılar işğaldan azad edilən ərazilərdə Azərbaycan dövlətinin apardığı bərpa-yenidənqurma işlərini xüsusi vurğulayıblar.

Tədbir çərçivəsində Türkiyənin bir sıra ictimaiyyət nümayəndələrinə “Türkiyə-Azərbaycan arasındakı dostluq və qardaşlığa verdiyi töhfələrə görə təşəkkür” plaketləri təqdim edilib.

Tədbirdə Azərbaycan və Türkiyənin milli musiqilərindən nümunələr səsləndirilib, şeirlər oxunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər