22 Noyabr 2022 17:39
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sarıbabada aşkarlanan minalarla bağlı Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sülhməramlılar və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi mina sahəsinə baxış keçirilməsi üçün əraziyə dəvət olunublar.

Qeyd edək ki, noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılmış piyada əleyhinə mina sahəsi aşkarlanıb. Minalar Ermənistanda istehsal edilib.


Müəllif: Teleqraf.com