29 Dekabr 2022 12:14
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər Rusiya Qarabağda təhlükəsizliyi təmin edə bilmirsə, çoxmillətli sülhməramlıların göndərilməsi məsələsini qaldırmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Ermənistan baş naziri etnik ermənilərin yaşadıqları Azərbaycan ərazilərindəki Rusiya sülhməramlılarının fəaliyyətindən narazılığını bildirib:

“Rusiya obyektiv və ya subyektiv səbəblərə görə Qarabağda sabitlik və təhlükəsizliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə başlamalı və Rusiya sülhməramlılarına BMT mandatı verilməsi və ya Qarabağa çoxmillətli sülhməramlı qüvvələrin göndərilməsi məsələsini qaldırmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər