2 Mart 2023 11:22
3 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə rəsmi Bakının nümayəndələri arasında keçirilən görüşdə erməni icmasını təmsil edənlər bəlli olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Erməni icmasını görüşdə Samvel Şahramanyan və Sergey Martirosyan təmsil edib.

Dünənki görüşdə erməni icması tərəfdən iştirak edənlər arasında üçüncü şəxs də olub, yayılan fotoda onun qolunun kiçik bir hissəsi görünür. Həmin şəxsin kimliyi hələlik məlum deyil.

Milli Məclisin deputatı Ramin Məmmədov isə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

İlk təmas dünən Rusiya sülhməramlılarının Xocalıdakı qərargahında baş tutub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər