11 Aprel 2023 11:25
2 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidəki separatçı rejim Azərbaycanın rəsmi nümayəndələri ilə görüşmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, qondarma rejimin “hakimiyyət orqanları” Rusiyanın sülhməramlı missiyası vasitəçiliyi ilə “təxirəsalınmaz məsələlər”in müzakirəsi üçün Azərbaycanın aidiyyəti qurumlarına görüşün keçirilməsi təklifi göndərib.

Məqsədin humanitar xarakter daşıdığı, qəbul ediləcəyi təqdirdə görüşün Qarabağda keçirilə biləcəyi deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər