21 Aprel 2023 09:38
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Teleqraf.com xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 minik və 4 yük maşını Xankəndidən Laçın istiqamətində keçid edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər