22 May 2023 14:45
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 163 mina aşkarlayıb.

ANAMA-dan Teleqraf.com-a verilən məlumata görə, mayın 15-dən 20-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 17, tank əleyhinə 14 mina və 484 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 213 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Müəllif: Teleqraf.com