15 İyun 2023 16:38
1 916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun "Laçın" sərhəd-buraxılış məntəqəsində hərbçilərimizi atəşə tutmasının görüntüləri yayımlanıb.

Teleqraf.com xəbər verir ki, Teleqram kanallarında yayılan görüntülərdə azərbaycanlı sərhədçilərinin körpünün əks istiqamətində Azərbaycanın dövlət bayrağını taxdığı açıq şəkildə görünür. Özü də bu, rusiyalı sülhməramlılarının müşayiəti ilə edilir.

Elə bu zaman ermənilər sərhədçilərimizə və rus sülhməramlılarına atəş açır.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanla Ermənistan arasında bu məntəqədə şərti sərhəd Həkəri çayının məcrasından yox, çayın sağ sahilindən 25-35 metr qərbdə keçir. Bu da onu göstərir ki, sərhədçilərimizin bayraq taxması qanuni ərazimizdə baş tutub. Ona görə də Rusiya hərbçiləri buna mane olmayıblar.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər