17 Avqust 2023 19:56
2 870
12 Punto 14 Punto 16 Punto 18 Punto

“BMT Təhlükəsizlik Şurasının son iclasında hamı Qarabağın Azərbaycanın bir hissəsi olduğunu təsdiqlədi”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Hrant Məlik-Şahnazaryan deyib.

“Paşinyan erməniləri inandırmağa çalışır ki, müqavimət mənasızdır, bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. O, bu dəfə BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı və hamının Qarabağı Azərbaycan ərazisi elan etməsinə nail oldu”, - ekspert bildirib.

Şahnazaryanın sözlərinə görə, BMT şurasının son iclası İrəvanın iddia etdiyi kimi Ermənistanın yox, Azərbaycanın xeyrinə olub:

“Az qala inanmaq istəyirəm ki, BMT Təhlükəsizlik Şurasının sessiyası İrəvanın yox, Bakının tələbi ilə keçirilib”.

Şahnazaryanın “unutduğu” bir şey var ki, BMT də, onun Təhlükəsizlik Şurası Qarabağı Azərbaycan ərazisi kimi çoxdan tanıyır. Vaxtilə Ermənistan Azərbaycanın bu ərazilərini işğal edərkən ona qarşı 4 qətnamə qəbul edən də BMT Təhlükəsizlik Şurası idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər