“Xankəndidəki hərbi xunta dinc erməni sakinlərinin ərzaqla təchizatına mane olur, nəqliyyat yollarını bloklayıb və mülki əhalini silah gücünə nəzarətdə və izolyasiyada saxlayır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.
Ekspert Qarabağın dağlıq hissəsindəki son duruma diqqət çəkib:
“Hər gün keçdikcə aydın şəkildə görünür ki, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılan və dəstəklənən, Azərbaycna qarşı hərbi və bəşəri cinayətlər törətmiş şəxslərin başçılıq etdiyi hərbi xunta ölkəmizin bu ərazisindı yaşayan erməni sakinləri girov saxlayır. Bu hərbi xunta dinc erməni sakinlərinin ərzaqla təchizatına mane olur, nəqliyyat yollarını bloklayıb və mülki əhalini silah gücünə nəzarətdə və izolyasiyada saxlayır. Hərbi xunta dinc əhalini silah gücünə ətraf aləmdən təcrid edib.
Qeyd edək ki, girov götürmə aktının özü insan hüquqlarının ciddi şəkildə pozulmasıdır və mahiyyət etibarilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsinə və hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququnu təmin edən Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 6 və 9-cu maddələrinə ziddir.
Bütün dörd Cenevrə Konvensiyası hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən şəxslərin girov götürülməsini qadağan edir. Girovların götürülməsinə qarşı Beynəlxalq Konvensiya 1979-cu il dekabrın 17-də imzalanıb. Konvensiya üçüncü şəxsi məcbur etmək məqsədilə başqa bir şəxsin (girovun) götürülməsi və ya tutulması kimi müəyyən edilir.
Hərbi xunta sərəncamında olan qanunsuz silahlı birləşmələrdən istifadə edərək siyasi və biznes maraqları naminə dinc erməniləri təcrid edib və girov saxlayır. Belə bir şəraitdə Azərbaycanın erməni əsilli sakinləri hərbi xuntanın girovluğundan azad etmək öhdəliyi yaranır. Azərbaycan Respublikası bu vəzifəsini diplomatik vasitələr nəticə vermədiyi halda digər bütün məqbul vasitələrlə həyata keçirməlidir”.