Ermənistanın Müdafiə Nazirliyi Kəlbəcərin Zod kəndi istiqamətində məhv edilmiş hərbçilərin adlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, sentyabrın 1-də məhv edilən hərbçilər bunlardır:
- Andranik Arşaki Antonyan
- Arsen Aleksandr Mkrtiçyan
- Vaçaqan Saroi Vardanyan
- Narek Kareni Poqosyan.
Qeyd edək ki, Ermənistanın təxribatına cavab olaraq görülən tədbirlər nəticəsində dörd erməni əsgər məhv edilib, biri yaralanıb.
Xatırladaq ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.