4 Sentyabr 2023 11:04
1 784
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ ətrafındakı son gəlişmələr Rusiya üçün gözlənilməz ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tirqan Abramyan deyib.

“Bu gün keçiriləcək Putin-Ərdoğan görüşündə çox güman ki, Qarabağ ətrafındakı vəziyyət və bunun nəticəsi məsələsi müzakirə olunacaq. Türkiyə 44 günlük müharibədən sonra tamamilə prosesə daxil olub, indi də mümkün qədər təsirini artırmağa çalışır.

Rusiya əsas diqqətini Ukraynaya yönəldib, bu durumda Cənubi Qafqazdakı səylərini gücləndirməsə, hadisələr onun üçün gözlənilməz məcrada keçə bilər”, - deputat bildirb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər