“Rusiya Cənubi Qafqazda, xüsusən də Qarabağda təhlükəsizliyin və sabitliyin təminatçısı rolunu oynamaqda davam edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya bu regionda vəziyyətin sabitləşdirilməsi və münaqişənin aradan qaldırılmasında ardıcıl, çox mühüm rol oynayır. Bu rolu oynamağa davam edəcəyik”, - Rusiya rəsmisi bildirib.
Onun sözlərinə görə, bu halda regionun bütün aidiyyəti dövlətlərinin (Azərbaycan və Ermənistanın) iki il əvvəl imzalanmış üçtərəfli anlaşmaları dəstəkləməsi çox vacibdir.
“Bu anlaşmalara əməl etmək uğurun açarıdır”, - Peskov vurğulayıb.