19 Sentyabr 2023 21:14
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalının Pirlər, Xanabad, Əsgəranın Ağbulaq, Naxçıvanlı, Xocavəndin Cütcü və Ağdərənin Canyataq kəndlərindən mülki erməni əhalisi təxliyə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə qondarma rejimin “Ombudsmanı” məlumat yayıb.

Qeyd edək ki, Canyataq kəndi 1992-ci ilə qədər Ağdərəyə aid olub. Həmin ilin oktyabrın 13-dən isə Tərtər rayonunun inzibati tərkibinə daxil edilib.

Xatırladaq ki, Azərbaycan tərəfindən əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər