Xankəndidə yaşayan mülki ermənilər təxliyə üçün hava limanına üz tuturlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr hazırda Xocalı aerportunda izdihamın yaşandığını yazır.
Məlumata görə, ermənilər Rusiya sülhməramlılarından təxliyə üçün yardım istəyirlər.