“Qarabağdakı Rusiya hərbi kontingentinə də nəzarət lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Bütün şərtlərimiz və tələblərimiz kiçik detallarına qədər yerinə yetirilməlidir. Çünki separatçılar yazırlar ki, “təslim olmaq məcburiyyətindəyik, ancaq bizim günümüz yenə gələcək”.
Elə etməliyik, “həmin günlər”i bir daha gəlməsin, bir daha baş qaldıra bilməsinlər. Silahları təhvil verməyə hazır olduqlarını bildirsələr də, reinteqrasiya mövzusunu “müzakirə predmeti” kimi qələmə verirlər. Azərbaycan qanunlarına tabe olmalısınız, bu, müzakirə predmeti deyil, əsas tələblərimizdən biridir. Silahlı qüvvələrimizin Xankəndiyə daxil olmasına və prosesi yerindəcə nəzarət etməyə ehtiyac yaranacaq. Rusiya hərbi kontingentinin bunları edəcəyinə inamımız yoxdur. Rusiya hərbi kontingentinin özünə də nəzarət lazımdır”, - ekspert bildirib.