Hazırda Avropa Birliyinin Azərbaycana qarşı mümkün sanksiyaları ilə bağlı heç bir qərar yoxdur, yerdəki durum qiymətləndirilir.
Teleqraf.com xəbər verir ki, bunu AB-nin xarici siyasət xidmətinin sözçüsü Peter Stano deyib.
“İstənilən sanksiyalar üzv dövlətlər tərəfindən həyata keçirilir. Hazırda Qarabağda baş verənlərin qiymətləndirilməsi aparılır. İndi görülə biləcək tədbirlərlə bağlı heç bir qərar yoxdur”, - AB rəsmisi deyib.