30 Oktyabr 2023 08:00
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Teleqraf.com xəbər verir ki, bu gün Laçın şəhərinə daha 20 ailə - 70 nəfər yola düşüb.

Bu mərhələdə Bakı və Sumqayıt şəhərlərindən köçürülən 16 ailə (59 nəfər) Qaradağ rayonu “Qobu Park-3” yaşayış kompleksindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb. Dörd ailə (11 nəfər) isə Beyləqan və Şamaxı rayonlarında məskunlaşdıqları ərazidən yola düşüb və Horadiz şəhərində köç karvanına qoşulacaq.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bügünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 315 ailə (1 205 nəfər) köçürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər