“Bizi ittiham edirlər ki, satmışıq, təhvil vermişik və sair. Bu o deməkdir ki, biz nə Ermənistanın, nə də Qarabağ ermənilərinin hüquqlarını qorumaq üçün səy göstərmişik. Söhbət ondan getməlidir ki, biz xalqla erməni ideyaları və istəklərini həyata keçirməyin mümkünsüzlüyü ilə bağlı danışmamışıq".
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.
“Bizi təqsirli olmadığımız şeydə ittiham edirlər, günahımızın sübuta yetirilmə ehtimalı daha yüksək olan şeydə ittiham olunmuruq”, - baş nazir əlavə edib.