Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlunun Teleqraf.com-a verdiyi məlumata görə, İranlı aktyor tamaşada Şah obrazını canlandıracaq.
Artıq məşqlərə başlayan aktyor yaradılan şəraitdən razı qaldığını söyləyib:
“Azərbaycanda teatra, sənətə, ümumilikdə mədəniyyətə xüsusi bir diqqət və qayğı var. Sevinirəm ki, əsl sənət ab-havası mövcud olan Musiqili Teatrla yenidən əməkdaşlıq edirəm. İnanıram ki, mənə tapşırılan işin öhdəsindən layiqincə gələcəyəm”.
“999-cu gecə” tamaşası sentyabr ayının sonunda səhnəyə çıxacaq. Tamaşanın quruluşçu-rejissoru İradə Gözəlovadır.