12 Noyabr 2016 08:17
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Google" şirkəti istifadəçilərin "YouTube" servisinə bütün qurğulardan daxil olmalarına imkan yaradılması üçün əlindən gələni edir. Kompüterlərdə videoya brauzerlə baxmaq mümkündür, smartfon, planşet, "Android TV" sistemli qurğular və "ağıllı" televizorlar üçün ayrı-ayrı əlavələr mövcuddur.

Bu dəfə isə şirkət "YouTube"a yeni "YouTube VR" servisi ilə virtual reallıqda baxmaq imkanı yaradıb. "YouTube"un mobil versiyasında əvvəllər stereoskopik təsvir rejimini qoşmaq mümkün olsa da, başqa videonun seçilməsi üçün qarniturun başdan soyundurulması, smartfonun çıxarılması və lazımi çarxın axtarılması tələb olunurdu. "YouTube VR" əlavəsində interfeys bütünlüklə virtual reallıqda idarəetməyə adaptasiya edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, əlavə "Daydream VR" virtual reallıq platforması və bu həftə satışa çıxarılan "Daydream View" kaskasına uyğun hazırlanıb. "YouTube VR" əlavəsinin daxilində istifadəçilər şərhlər oxuya, səs və ya klaviatura vasitəsilə yeni videolar axtara, eləcə də adi çarxlara həm "teatr" rejimində, həm də 360 dərəcəlik videolara baxa bilərlər.

"YouTube VR" əlavəsinin işə salınması üçün "Daydream VR" kaskasının tələblərinə cavab verən smartfon tələb olunur.


Müəllif:

Oxşar xəbərlər