15 Aprel 2015 19:39
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Reza Deqatinin çəkdiyi foto-şəkillər dünyanın ən mötəbər jurnal və qəzetlərinin səhifələri və cildini bəzəyib.

Teleqraf.com Buro247-yə istinadən xəbər verir ki, 30 ildən artıq fəaliyyəti zamanı o, fotolar vasitəsilə müharibə və yoxsulluğun dəhşətləri, onların gətirdiyi bəlaları göstərməyə çalışıb.

1981-ci ildə öz vətəni İrandan sürgün edilən Reza Deqati hazırda Parisdə yaşayır. 30 ildən artıq zamanda bütün dünyanı səyahət edən və yüzdən çox ölkədə olan müəllif geniş sferada insan emosiyalarının, sevinc və xoşbəxtlik hisslərinin, eləcə də qəm-kədər və təhqir əzabının şahidi olub. O, 1991-ci ildən müxbir qismində beynəlxalq kütləvi informasiya vasitələri ilə çalışır, işləri National Geographic, Time Magazine, Stern, Newsweek, El Pais, Paris-Match, Géo jurnallarında dərc edilib. Reza Deqatinin "Talelərin qovuşması", "Müharibə+Sülh", "Ümid", "Qəlbin pəncərəsi" kimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının "Xidmətlərə görə" ordeninin laureatıdır.

Rza Deqati Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib.

Teleqraf.com fotolardan bəzilərini sizə təqdim edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər