Dünyanın bəzi ölkələrində qadın hüquqlarının pozulması ilə bağlı ciddi problemlər yaşanır. Bu kimi ölkələrdə qadın zorakılığı ilbəil atır.
Teleqraf.com qadınların dəhşətli şərtlər daxilində yaşadığı 10 ölkə ilə bağlı faktları təqdim edir:
1. Əfqanıstan
Əfqan qadınlarının kişilərə nisbətən orta illik yaş həddi bir il azdır. İndiyədək ölkədə qadınlar arasında savadsızlıq ən yüksək səviyyədədir. Qızların əksəriyyəti 16 yaşınadək nikaha girir. Əfqanıstanda qadınların 85% -i tibbi yardım olmadan ana olur, bunun nəticəsində ölkədə hər 30 dəqiqədə bir yeni doğulmuş uşaq ölür. Əfqanıstan həmçinin dünyada ana ölümünün səviyyəsinin ən yüksək olduğu ölkədir.
2. Qvatemala
Bu ölkədə yoxsul qadınlar tək ailələrində deyil, həm də cəmiyyətdə fiziki və cinsi zorakılığa məruz qalırlar. Qvatemala QİÇS xəstələrinin sayına görə dünyada birinci yerdədir.
3. Konqo Demokratik Respublikası
Müharibə Konqoda nəinki 3 milyon insanın ölümünə səbəb olub, həmçinin qadınların real həyatdakı vəzifələrini dəyişib. Qadınlar müharibə şəraitində ön cəbhədə döyüşürlər. Buna görə də onlar tez-tez qarşı tərəfin hücum və zorakılıqlarının qurbanı olurlar. 1996-cı ilin statistikasında zorakılığa məruz qalan qadınların sayı 1000 nəfər idisə, son illər bu rəqəm 200 mini keçib. Hamilə qadınların 57 faizi qan azlığından əziyyət çəkir. Konqoda qadınlar ərlərinin icazəsi olmadan heç bir sənədə qol çəkə bilmirlər.
4. Hindistan
Ölkədə QİÇS-ə yoluxmuş qadınların 39 faizi yetkinlik yaşına çatmayanlardır. Burada hər 29 dəqiqədə bir qadın zorakılığın qurbanı olur. Son 10 ildə Hindistanda 50 milyondan çox qız öldürülüb, təxminən 100 milyon qadın və qız isə insan alverinin qurbanı olub. Bu ölkədə 18 yaşa çatmayan qızların 44,5 faizi erkən ərə verilir.
5. İraq
Amerikalı hərbçilər tərəfindən Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra ölkədə qadın zorakılığı kəskin sürətdə artıb. Burada qadınların savadsızlıq səviyyəsi çox yüksəkdir. Amma bu hələ hamısı deyil. İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı bu ölkədə fəaliyyətini gücləndirdikdən sonra seks-cihadda iştirak etmək istəməyən 150 qadın edam olunub.
6. Mali
Mali dünyanın ən kaşıb ölkələrindən biri sayılır. Burada qızların çox az bir qismi sünnətdən xilas ola bilir. Ölkədə qızlar erkən yaşdan nigaha daxil olur və bunun nəticəsidir ki, Malidə hər on uşaqdan biri ölü doğulur.
7. Pakistan
Bu ölkədə ərlərinin cinayətlərinə görə qadınların zorlanaraq, əzab çəkməsi qəbul edilib. Pakistanda ailə zorakılığının qarşısının alınması üçün heç bir qanun yoxdur. Hər il qadınların 90 faizi ailə zorakılığının qurbanı olur.
8. Somali
Somalin paytaxtı Moqadişoda qızların 95 faizi 4-dən 11 yaşadək müddətdə zorlanır. Bu ölkədə qadınlar parlamentdə yalnız 7,5% yer tutur. Anaların 9 faizi doğuş zamanı tibb müəsisələrinə müraciət edə bilir.
9. Sudan
Hətta qadınlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı qəbul edilmiş qanunlara baxmayaraq, Sudanda acınacaqlı vəziyyət qalmaqdadır. Burada qadınlar zorlanır, oğurlanır və heç bir səbəbsiz öldürülür. Sudanda 2003-cü ildən bu günə qədər bir milyondan çox qadın öldürülüb.
10. Çad
Çadda qadınlar demək olar ki, tam hüquqsuzdular. Qızların əksəriyyəti 11-12 yaşında nikaha girir. Ölkənin şərqindəki qaçqın düşərgələrində də qadınlar zorakılığa məruz qalır. Düşərgədə olmayanlar isə müxtəlif silahlı qrupların, quldurların və təhlükəsizlik qüvvələrinin hücumu ilə üzləşir.
Samir