Teleqraf.com-un məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib.
E.Şahinoğlu qeyd edib ki, H.Hacıyevin açıqlamasında kiprli nazirin səsləndirdiyi fikirlərin beynəlxalq hüquqa və Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmə siyasətinə zidd olduğuna dair fikirlər yer alıb:
“Bunlar hamısı doğrudur. Ancaq Hikmət Hacıyevin açıqlamasında diqqətimi ən çox çəkən bu cümlə oldu: “Şimali Kipr türklərin əsrlər boyu köklü xalq kimi yaşadığı ərazidir və onların da öz müqəddəratını təyin etmək hüququ vardır”.
Həqiqətən əgər Kipr yunanlarının naziri Dağlıq Qarabağı Ermənistana birləşdirirsə, biz niyə Kıbrıs türklərinin müstəqil yaşamaq hüququnu tanımamalıyıq? Yaxşı yadımdadır, rəsmi Bakı 2000-ci illərin əvvəllərində Kuzey Kıbrıs Türk Cumhuriyyəti ilə təmasların genişləndiirilməsinə qərar verdikdə, Afinadan təcili olaraq Bakıya diplomatik desant göndərildi. Bizə anlatmaq istədilər ki, KKTC-ni rəsmən tanısaq, Afina da Dağlıq Qarabağla bağlı “adekvat” addım ata bilər. O zaman rəsmilərimiz Afinanı eşitdilər”.
E.Şahinoğlu qeyd edib ki, növbə bizimdir: “Bu dəfə isə bizim diplomatlar Afinaya gedib onları anlatmalıdırlar ki, əgər Kirp yunanlarının naziri İrəvanda verdiyi açıqlamaya düzəliş etməsə biz KKTC ilə bağlı yarımçıq saxlanılan işi davam etdirə bilərik. Yunanlara boşluq buraxmaq olmaz”.
Səxavət