1 İyun 2017 09:45
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniyada hökumət dəyişikliyi baş verib.

Teleqraf.com Makedoniya parlamentinin üzvü, bu ölkədə fəaliyyət göstərən Türk Hərəkat Partiyasının funksioneri Enis İbrahimə istinadla bildirir ki, artıq bu ölkədə yeni hökumət qurulub.

Yeni hökuməti Sosial Demokratlar Birliyi (SDB) quracaq. Türk Hərəkat Partiyası isə SDB ilə müttəfiqdir. SDB hökumətinə Zoran Zaev rəhbərlik edəcək.

Türk Hərəkat Partiyası yeni hökumətdə təmsil olunacaq. Ən son xəbərlərə görə, Türk Hərəkat Partiyasının baş katibi professor Adnan Kahil yeni hökumətdə nazir postunu tutub. O, əsasən Makedoniya ilə türk dünyasının münasibətlərini koordinasiya edəcək. Bundan başqa, Buyar Osmani adlı şəxs də nazir postlarından birini tutub.


Müəllif: Cavad