21 İyul 2017 18:22
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov 9-21 iyul tarixlərində ADA Universiteti tərəfindən təşkil olunan XI Yay Enerji Məktəbinin bağlanış mərasimində çıxış edib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, çıxış zamanı E.Məmmədyarov Azərbaycanın neft tarixindən və uğurlu enerji diplomatiyasından söz açıb, bu xüsusda Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi və onun mühüm tərkib hissəsi olan TANAP/TAP layihələrini xüsusilə qeyd edib. Çıxış əsnasında E.Məmmədyarov iştirakçıların Xəzərin hüquqi statusu, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, ətraf mühitin qorunması sahəsində beynəlxalq proseslər və digər məsələlər barəsində suallarını cavablandırıb.

Tədbirin sonunda yay məktəbinin məzunlarına sertifikatlar təqdim olunub.

XI Yay Enerji Məktəbinin builki iştirakçıları sırasında Azərbaycan, Macarıstan, Kolumbiya, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, İspaniya, Meksika, Malayziya, Çexiya və İsraildən nümayəndələr olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər