Milli Məclisin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının 10-cu plenar sessiyasında iştirak etmək üçün noyabrın 20-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, sessiya çərçivəsində qurumun İcraedici Şurasının, Siyasi işlər, İqtisadiyyat və davamlı inkişaf, Sosial və mədəni işlər, Heyət və maliyyə qaydaları üzrə komitələrinin iclasları keçiriləcək.
Millət vəkili toplantılarda müzakirəyə təqdim edilən məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.