16 Dekabr 2017 11:50
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox təəəssüf ki, vaxtaşırı ordu mövzusu ilə gündəmdə qalmaq istəyənlər tapılır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, belə şəxslər ya ordu ilə bağlı bir fərziyyə irəli sürür, ya da ordu barədə danışmaq haqlarının olduğunu iddia edirlər:

“Ancaq ordunun qapalı müəssisə olduğunun, öz spesifik qanunları ilə yaşadığını unudurlar. Ya da unutmasalar da, xüsusi olaraq bu barədə dəqiqləşdirilməmiş fikir irəli sürərək gündəmin qəhrəmanına çevrilməyə çalışırlar.

Düşmən isə yatmır, bizdən çox uzaqda kompüter arxasında oturaraq belə “qəhrəmanları” qızışdırır, ordu barədə açıq söhbətlərin getməsinə çalışırlar. Bütün fikirləri diqqətlə oxuyurlar. Onlara bu söhbətlərdə ehtiyatsız deyilmiş bir məlumat lazımdır ki, gələcək planlarını onun üzərində qursunlar. Ona görə də ordu haqqında ancaq rəsmi materialların yayılması norması ilə razılaşmalıyıq”.

Aydın Mirzəzadə daha sonra deyib: “Müharibə hələ bitməyib, ordu haqqında lazımsız müzakirələr ona problemlər yarada bilər. Tarix boyu qələbələri həmişə ordunu sevməklə qazanıblar”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər