20 Dekabr 2017 13:55
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı üç parlamentari Ermənistandakı bir neçə görməli yerə görə ABŞ-ın hərbi müttəfiqi, Əfqanıstanda əməliyyatların keçirilməsi məqsədilə qoşunların və materialların daşınması üçün vacib tranzit məntəqəsi olan Azərbaycanı təhqir ediblər.

Bu barədə “Eurasia Crossroads” jurnalında dərc olunan məqalədə deyilir.

Nil Riçardsın müəllifi olduğu məqalədə ABŞ Nümayəndələr Palatasının üç üzvünün payızda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionuna səfəri barədə yazılıb.

Məqalədə qeyd olunur ki, 3 amerikalı parlamentari – Frenk Palloun, Devid Valadao və Talsi Qabbard “tanışlıq məqsədilə” Ermənistanda olub və oradan işğal olunmuş Xankəndinə yollanıb: “Həmin andan etibarən onlar Azərbaycanda person non-qrata elan edilib”.

Müəllif qeyd edir ki, bir çox beynəlxalq təşkilat Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyir: “Parlamentarilərin işğal olunmuş ərazilərə səfəri Azərbaycan XİN tərəfindən münaqişənin həlli prosesinin pozulmasına yönəlmiş təxribat kimi dəyərləndirilib”./Trend/


Müəllif: Teleqraf.com